İran

İranda koronavirusa yoluxanların sayı artıb

İranda ötən 24 saat ərzində 13 352 nəfər koronavirusa tutulub. Bunu İranın Sağlamlıq, Müalicə və Tibbi Təhsil vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Beləliklə, İranda bu virusa tutulanların sayı 788 473 nəfərə çatıb. Virus daşıyıcılarından 5 691 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, ötən 24 saat ərzində İranda 482 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin sayı 42 461 nəfərə yüksəlib. Vəzirlik rəsmisi bildirib ki, İranda indiyədək 570 774 nəfər koronavirusdan sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button