Azərbaycanİran

Azərbaycan sərvətlərindən özünə heç nə verilmir

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən Süngün mis mədəni İranın ən böyük mədənidir və buradan əldə edilən qazancdan bölgəyə heç nə verilmir.

Bu barədə Vərziğan şəhərinin İran parlamentindəki millət vəkili Allahverdi Dehqani parlament sədri Məhəmməd Baqir Qalibafla Təbrizdə keçirilən görüşdə danışıb.

“Süngün mis mədənindən ildə 4 trilyon tümən dəyərində qazanc götürüldüyü halda bundan bir tümən belə Azərbaycanın özünə ayrılmır. Bununla yanaşı Azərbaycanda mis mədəni ilə bağlı fəaliyyət göstərən bir şirkətin açıqlmasına icazə verilmir”,- Dehqani bildirib.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Uzun illərdir xüsusilə əyalətin Süngün mis mədənindən əldə edilən xammalın Kirman əyalətinə daşınması, əldə edilən gəlirin başqa əyalətlərə xərclənməsi əyalət məsulları, millət vəkilləri tərəfindən tənqid olunur.

Buna baxmayaraq mədənlərin yerli şirkətlər tərəfindən istismarı, ona bağlı emal zavodlarının yaradılması ilə bağlı təklif və layihələr qəbul edilmir.

Related Articles

Bir cavab yazın

Back to top button