Dünya

ABŞ dövlət katibi Pekinə gedib

ABŞ dövlət katibi Entoni Blinkenin Çinə iki günlük səfəri başlayıb.

Amerika tərəfinin məlumatına görə, Blinken Çinin xarici işlər naziri Çin Qan və ola bilsin ki, Çin Sədri Si Szinpinlə görüşəcək.

Dövlət Departamenti qeyd edib ki, Blinken “ABŞ və Çin arasında münasibətlərin məsuliyyətli idarə olunması üçün açıq kommunikasiya xətlərinin saxlanmasının vacibliyini müzakirə edəcək”.

“Dövlət katibi Entoni Blinken Çin Xalq Respublikasındadır”, – bunu isə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller tviterdəki hesabında yazıb.

“ÇXR ilə münasibətlərimiz bizim ən mürəkkəb və zəruri əlaqələrimizdən biridir. İki ölkə arasında əlaqə saxlamağımız vacibdir”, – M. Miller əlavə edib. (report)

Related Articles

Bir cavab yazın

Back to top button