Dünyaİran

ABŞ kəşfiyyat təyyarəsinin İran hava məkanına girişinin qarşısı alınıb

Amerika Birləşmiş Ştatlarına məxsus kəşfiyyat təyyarəsi İran hava məkanını pozub, İran Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib.

Bu barədə ISNA İran Ordu Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələrinə istinadən məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EP-3E kəşfiyyat təyyarəsi Oman dənizindən İranın su sərhədinə daxil olub. Ordu Hərbi Dəniz Qüvvələri təyyarənin icazəsiz ölkə səmasına daxil olmasının qarşısını almaq üçün xəbərdarlıq göndərib”, – deyə məlumatda bildirilib.

Xəbərdarlıq mesajını aldıqdan sonra təyyarənin İran hava sərhədini tərk edərək beynəlxalq hava marşrutlarına qayıtdığı qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button