İran

Kanada insan haqlarını pozduğu üçün bir quruma və 9 iranlıya sanksiya tətbiq edib

mayın 3-də, çərşənbə günü Kanada Xarici İşlər Nazirliyi, insan haqlarının pozulması səbəbindən bir İran qurumu və 9 şəxsə qarşı yeni sanksiyalar elan edərkən, İslam Respublikasına qarşı məhdudiyyətlərin davam etdirilməsini vurğuladı.

Paravar Pars şirkəti, Paravar Pars şirkəti yönətin qurulu müavini Əbilfəz Naziri, Paravar Pars şirkəti yönətin qurulu üzvü Həsən Əsədi, Paravar Pars şirkəti yönətin qurulu üzvü Məhəmməd Sadiq Heydəri Musa, Paravar Pars şirkəti yönətin qurulu üzvü Məhəmməd Riza Məhəmmədi, İranda insan hüquqlarının pozulmasında iştirak edən və ya məsuliyyət daşıyan İnayətullah Rəfii, Fatimə Qurban Hüseyni, Pərəstu Səfəri, Əli Xoşnam Vənd və Sistan və Bəluçistan Əyaləti İK Korpusunun komandir müavini Pərviz Absalan sanksiyalara məruz qalıblar.

Bu yeni sanksiyalar da daxil olmaqla, son səkkiz ayda və İranda ümumi etirazların başlaması ilə eyni vaxtda Kanada hökuməti İslam Respublikası və onun rəsmilərinə qarşı on bir sanksiya paketi tətbiq edib.

İranlıların Kanadada əhəmiyyətli əhalisi var və Kanadanın müxtəlif şəhərlərində nümayişlər təşkil edərək ümummilli etirazları dəstəkləyib və İslam Respublikasına qarşı daha çox sanksiyalar tətbiq etmək üçün Kanada hökumətinə təzyiq ediblər.

Son aylarda Avropa Birliyi və bir çox Batı ölkələri kimi beynəlxalq təşkilatlar iranlı etirazçılara dəstək verməklə yanaşı, insan haqlarının pozulması səbəbindən etirazçıların sıxışdırılması ilə bağlı İslam Respublikası hakimiyyəti və bəzi qurumlara qarşı müxtəlif sanksiya paketləri tətbiq ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button