İran

KORONOVİRUS YENİDƏN PİK NÖQTƏYƏ ÇATARSA, SƏRT QAYDALAR QOYULACAQ

İran prezidenti Həsən Ruhani ötən gün bildirib ki, ixtarlara ciddi yanaşılmasa və koronavirusun yayılması “yenidən pik həddə” çatarsa, dövlət orqanları məhdudiyyətləri yenidən icra etmək məcburiyyətində qalacaqlar.
İran koronavirus mərizlərinin sayına və iqtisadi nəticələrinə görə Orta Şərqdə ən pis vəziyyətə sahibdir.
İran Behdaşt Vəzirliyinin rəsmi amarına əsasən, çərşənbə gününədək İranda koronavirusa tutulanların sayı 160,696 nəfərə, qurbanların sayı isə 8 012-Ə çatıb. Bu, ardıcıl ikinci gündür ki, virusa tutulanların sayı 3 mini keçir.
Bundan öncə beynəlmiləl qurumlar bəzi İran məqamlarına istinadən ölkədə koronavirus mərizlərinin və qurbanlarının sayının rəsmi aamardan dəfələrlə çox olduğunu bildiriblər.
Həsən Ruhani çərşənbə günü ölkənin Behdaşt vəzirinin son günlərdə səfərlərin artması və musafir qəbul edən şəhərlərdə virusun yayılmasının yenidən baş qaldırması ehtimalı ilə bağlı nigarançılığına cavab olaraq deyib: “Dövlət məqamlarının virusun yenidən alovlanması ilə bağlı ixtarları, qaydalara və ağıllı ictimai fasiləyə əməl edilmədikdə, insanlar və iqtisadi vahidlər tərəfindən ciddi qəbul edilməlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button