İran

İranlı fəhlələr Küveytdən deportasiya edilir

Küveyt iranlı fəhlələri ölkəyə buraxmır və bu ölkədə hazırda işləyən fəhlələri isə geri göndərir.

Küveyt iranlı fəhlələri ölkəyə buraxmır və bu ölkədə hazırda işləyən fəhlələri isə geri göndərir.

“Aznews tv”xəbər verir ki, bu sözləri İranın Şəhrekord şəhərinin “Fəhlə Evi”nin icraçı katibi Abdullah Rəisi deyib.

O bildirib ki, Küveyt Şəhrekordun yerləşdiyi Çaharmahal və Bəxtiyari vilayətinin sakinlərinin işləmək üçün üz tutduqları ölkələrdən biridir.

Rəisinin sözlərinə görə, bu məsələ həll edilməsə, vilayətdə işsizlik daha da baş alıb getməklə bərabər, böyük ictimai və iqtisadi problemlər meydana gələcək.

O, həmçinin əlavə edib ki, yüksək inflyasiya səbəbindən maddi ehtiyaclarını qarşılaya bilməyən fermer və əkinçilər Buşehr, Hormozqan və Xuzistan kimi cənub bölgələrinə üz tutub burada mövsümi fəhlə kimi çalışırlar.

“İşsizlik bölgədə evlilik yaşının 20-dən 34-ə qalxmasına, eləcə də cinayət və narkotik maddə satışının yüksəlməsinə yol açıb”, – deyə Abdullah Rəisi fikrini tamamlayıb.

Qeyd edək ki, İranın son rəsmi statistik rəqəmlərində Çaharmahal və Bəxtiyari vilayətində işsizliyin 13% təşkil etdiyi iddia edilir. Lakin əksər mütəxəssislər və beynəlxalq təşkilatlar İran hökumətinin statistikalarda rəqəmləri dəfələrlə aşağı göstərdiyini bildirirlər. Onlar qeyd edirlər ki, hazırda İranda işsizlik səviyyəsi hökumətin təqdim etdiyindən təxminən 3 dəfə çoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button