Site icon Aznews TV

Abadanda həbslər davam edir- iki şair və ictimai fəal həbs olundu

Tanınmış jurnalist və ictimai fəal Arəş Qələgülab çökən 10 qatlı ofis binasından reportaj hazırladığı üçün təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməum yerə aparılıb.

Jurnalistin saxlanılmasını görən şahidlər onun məmurlar tərəfindən ağır şəkildə döyülərək qandallandığını bildiriblər.

Astma və diabet xəstəliklərindən əziyyət çəkən jurnalistin durumu barədə ailəsinin müraciətlərinə cavab verilməyib.

Qeyd edək ki, bundan öncə tanınmış fotojurnalist Yəlda Moiri də çökən binadan fotolar çəkdiyi üçün təhlükəsizlik məmurları tərəfindən oğurlanıb.

Etibarlı mənbələrdən biri bu barədə deyib ki, polis məmurları İmaminin iş yerinə basqın edərək onu tutub, telefon və digər şəxsi əşyalarını zorla müsadirə edərək özləri ilə aparıblar. Fəalın harada saxlanması ilə bağlı ailəsinin müraciətlərinə indiyə qədər heç bir cavab verilməyib.

Exit mobile version