DünyaSiyasət

ABŞ Avropanı təhdid etdi

ABŞ Avropanı “Nüvə razılaşması” ilə bağlı mövqeyinə görə təhdid edib.

Bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Belə ki, ABŞ Avropanın üç üzv ölkəsini İranın “Nüvə razılaşması”nı pozduğunu elan etmədiyi halda, bu ölkələrdən maşın idxalında 25 faiz rüsum tutacağı ilə bağlı təhdid edib.

Bu haqda qəzetə informasiya verən Avropa rəsmiləri adlarının çəkilməsini istəməyiblər.

Xatırladaq ki, Fransa, Britaniya və Almaniya birlikdə bəyanat yayaraq “Nüvə razılaşmas” çərçivəsində ixtilafların həlli mekanizmini aktivləşdirdiklərini açıqlayıblar. Bu isə sonda Birləşmiş Millətlər Təşkilatının İrana qarşı yenidən sanksiyalarınn qoyulmasına səbəb ola bilər.

Mekanizmin işə salınması İran tərəfindən “Nüvə razılaşması”nın pozulduğunu rəsmi şəkildə elan etməsi deməkdir. Amma Vaşinqton Post bildirir ki, Avropa ölkələrinin son qərarının Trampın təhdidi və ya İranın “Nüvə razılaşması” üzrə öhdəliklərini dayandırması ilə bağlı olub olmadığı bəlli deyil.

Amerikanın bu üç ölkədən maşın idxalına 25 faiz rüsum tutması Avropa maşın istehsalçıları üçün çox zərərlidir. Çünki ABŞ Avropa şirkətləri üçün ən böyük avtomobil bazarıdır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close