Dünya

ABŞ-da işsizlik 20%-ə çatacaq: “daha pis” böhran… – Mnuçin

ABŞ Maliyyə naziri Stiven Mnuçin koronavirus pandemiyası ilə əlaqədar ABŞ-da işsizlik səviyyəsinin 20% təşkil edə biləcəyini proqnozlaşdırıb.

Axar.az xəbər verir ki, bu məlumatı CNN öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Mnuçin bu təxminini respublikaçı senatorlarla görüşündə səsləndirib.

Nazir həmçinin pandemiyanın iqtisadiyyat üçün nəticələrinin 2008-ci il böhranından daha pis olacağını söyləyib.

Qeyd edək ki, fevralda ABŞ-da işsizliyin səviyyəsi 3,5% təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button