Site icon Aznews TV

ABŞ-da peyvəndlənmə başladı, Tramp imtina edir

President Donald Trump speaks in an address to the nation from the Oval Office at the White House about the coronavirus Wednesday, March, 11, 2020, in Washington. (Doug Mills/The New York Times via AP, Pool)

Dekabrın 13-dən etibarən ABŞ-da koronavirus peyvəndinin paylanılmasına başlanılıb. “Pfizer” və “BioNTech” şirkətlərinin məhsulları ölkənin bütün ştatlarına dağıdılır.

Səhiyyə naziri Aleks Azar vaksinun vurulmasının bu həftə ərzində reallaşacağını bildirib. İlkin mərhələdə 390 min doza peyvənd paylanılacaq.

ABŞ Prezidenti Donald Tramp və Ağ Ev əməkdaşlarına isə “COVID-19” vaksini tətbiq edilməyəcək. Bu  barədə Tramp tvitterdə məlumat verib: “Mən bu mövzuda planlaşdırma qurulmasını tələb etmişəm. Mən və yaxınlarım peyvənd olmaq istəmirik. Amma uyğun bir zaman olarsa, tətbiqə icazə verərəm”.

Exit mobile version