Site icon Aznews TV

ABŞ-da peyvənd edilən tibb işcisində allergik reaksiya yarandı

ABŞ-ın Alyaska ştatından olan tibb işcisinə yerli “Pfizer” şirkəti və onun “BioNTech” alman partnyoru tərəfindən hazırlanmış koronavirus peyvəndi vurulub və sonra onda güclü allergik reaksiya yaranıb.

Bu barədə “The New York Times” qəzeti bildirib.

Nəşrin mənbələrinin məlumatına görə, tibb işcisi xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti sabitdir.

Şirkət nümayəndələri hələ ki, hadisəni şərh etməyiblər.(“Report”)

Exit mobile version