Site icon Aznews TV

ABŞ-da sürətlə yayılan ölümcül xəstəlik peyda oldu

Aznewstv “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Məlumata görə, göbələk ştatların yarısında aşkar edilib. Tədqiqatçıların fikrincə, göbələyin yayılması COVID-19 pandemiyası zamanı, onun yayılmasına nəzarət azaldıqdan sonra daha da sürətlənib.
Xəstəlik yaşlılar üçün daha təhlükəlidir və 60% hallarda xəstənin ölümü ilə nəticələnir. Statistikaya görə, 2022-ci ildə ABŞ-da ən azı 2,377 yoluxma qeydə alınıb.

Qeyd edək ki, xəstəlik ilk dəfə 2009-cu ildə Yaponiyada qeydə alınıb. Bununla belə, “Candida auris”in ən erkən ştammı 1996-cı ildə Cənubi Koreyada aşkar edilib.

Exit mobile version