BölgəCəmiyyət

ABŞ-dan Çinə xəbərdarlıq: Uyğur türklərini təqib etməyin

Aznews.tv xəbər verir ki, ABŞ dövlət katibi Çin hökumətinin müxtəlif ölkələrdə yaşayan uyğur fəallarının ailələrini hədəf aldığını və Vaşinqtonun bundan narahat olduğunu vurğulayıb.

Çin hökumətinin Sincan Uyğur Muxtar Bölgəsində repressiya və təzyiq siyasətinə toxunan ABŞ dövlət katibi Mayk Pompeo yaydığı açıqlamada bildirib: “Çin hökuməti müxtəlif ölkələrdə yaşayan uyğur fəallarının ailələrini hədəf alıb və Vaşinqton bundan narahatdır”.

O əlavə edib: “Biz bu bölgədə uyğur fəallarının ailə üzvlərinin təqib edilməsi halları barədə məlumatlar almışıq. Çindəki bəzi uyğur ailələri ABŞ-dakı uyğur fəallarının ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşməsindən qısa müddət sonra həbs edilib”.

O qeyd edib: “Uyğur türk fəalları, Çində dini etiqad azadlığına qoyulan məhdudiyyətlərin və insan haqlarının pozulmasını işıqlandırmaq üçün vacib əhəmiyyət daşıyır. Bird aha rəsmi Pekini Çindən kənarda olan uyğurlara qarşı repressiya və ailələrini özbaşına saxlamağı dayandırmağa çağırırıq”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close