DünyaİranSiyasət

ABŞ Dövlət Departamentinin sözcüsü İranın insan haqları sərgisini “utancverici ikiüzlülük” adlandırdı

Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü noyabrın 8-də  Twitterdə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Avropa qərargahında insan hüquqları sahəsində “İslam Respublikasının nailiyyətləri” mövzusunda sərgi keçirməsini “utanc verici ikiüzlülük” adlandırıb.

Morgan Ortaqus İran Xarici İşlər Nazirliyinin bu barədə Twitter mesajını paylaşaraq yazıb: “İnsan hüquqları ilə bağlı yeni sərgini “sizə qadınlara qarşı zülm, uşaqların edam edilməsi, dini dözümsüzlük və bəşəriyyətə qarşı cinayətlərin uzun bir siyahısını təqdim edən” insanlar tərəfindən keçirilib.

O əlavə edib: “Təəccüblüdür ki, dünyanın ən pis insan haqlarını pozanlardan biri tərəfindən edilən bu biabırçı riyakarlıq bir zarafat deyil”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti dəfələrlə və müxtəlif hallarda İran vətəndaşlarına qarşı hakim rejim tərəfindən şiddətli qarşıdurmaları və etirazçıların geniş təqib edilməsini, habelə insan haqlarının dəfələrlə və təkrar pozulmasını pisləyib.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close