Site icon Aznews TV

ABŞ Fələstin dövlətinin yaradılmasında israrlıdır

ANT xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, administrasiyanın siyasəti dəyişməyib:

“Biz müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğumuzu açıq şəkildə bəyan etmişik. Bu məqsədə nail olmaq üçün administrasiya daxilində gördüyümüz işləri şərh etməyəcəyəm, lakin qeyd edim ki, buna nail olmağın bir çox yolu və müxtəlif ardıcıllıqla həyata keçirilməli olan tədbirlər var.

Və biz geniş seçimlərə baxırıq. Biz onları regiondakı tərəfdaşlarla, eləcə də ABŞ hökumətindəki tərəfdaşlarla müzakirə edirik. Lakin kursda heç bir dəyişiklik olmayıb”.

Exit mobile version