Dünya

ABŞ Fransanı İran vətəndaşını azad etdiyi üçün tənqid etdi

Amerika Fransanı, Birləşmiş Ştatların İrana qarşı sanksiyalarını pozmaq ittihamı ilə bir ildən çox Fransa həbsxanasında saxlanılan İran vətəndaşı Cəlal Ruhullahnejadı azad etməsinə görə sərt intiqad edib.

Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morqan Orteqas açıqlama verib.

“Fransa birgə podratçılıq üzrə öz öhdəliklərinə əməl edə bilməyib və ədalətin icrasına zərbə vurub. Fransanın İran vətəndaşı Cəlal Ruhullahnejadın azad edilməsi barədə birtərəfli qərarı çox təəssüf doğurur. Amerika tərəfindən ona qarşı hərbi hədəfli təchizatın qanunsuz ixracı ilə bağlı bir neçə əsas ittiham irəli sürülüb ki, bu da Amerika sanksiyalarının pozulması deməkdir”,- deyə o artırıb.

Qeyd edək ki, Məhkəmə Sistemi İran vətəndaşının azad edildiyini bildirərək, həmçinin İrandakı bir fransalı məhbus Roland Marşalın sərbəst buraxıldığını bildirib. Eyni zamanda Fransa R.Marşalın birlikdə yaşadığı Fəriba Adelxahı da azad etməyə çağırıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close