DünyaİqtisadiyyatİranSiyasət

ABŞ Fransanın İrana 15 milyard dollarlıq kredit xətti təklifini rədd edib

Aznews.tv Press TV-yə istinadən xəbər verir ki, Fransa ABŞ-ı İrana 15 milyard dollar kredit xətti ayırmağa inandıra bilməyib.

“YJC” saytı məlumatlı mənbələrə istinadən xəbər verir ki, Fransa  İrana 15 milyard dollarlıq kredit xəttinin ayrılması ilə bağlı ABŞ-ı razı sala bilməyib.

Frans-24 telekanalının məlumatına görə, Fransa İran nümayəndə heyəti ilə görüşdə 15 milyard dollarlıq kredit xəttinin ayrılması ilə bağlı təklif irəli sürüb və İrandan neft almağa çalışır. Rəsmi Paris bir neçə gün əvvəl nüvə sazişi çərçivəsində yeni danışıqlar üçün İran nümayəndə heyətinə ev sahibliyi edib.

Lufigaro qəzetinin yazdığına görə, Fransa ABŞ ilə razılığa gəlmək niyyətindədir. Paris 15 milyard avro kredit xətti açmağı təklif edir və İrandan neft almağa çalışır.

Reuters xəbər agentliyi də dünən məlumat verib ki, Qərb və İran mənbələri Fransanın İrana ilin sonuna qədər 15 milyard dollarlıq kredit xətti verməsi təklifinin icrasının Vaşinqtonun icazəsindən asılı olduğunu bildirib.

İran xarici işlər nazirinin müavini Abbas Əraqçı nüvə sazişi çərçivəsində öhdəliklərin azaldılmasının üçüncü mərhələsində bugün bildirib: “Nüvə sazişinin tam icrasına qayıdışımız dörd aylıq bir müddət üçün 15 milyard avro kredit xəttinin açılmasına bağlıdır, əks halda İranın öhdəliklərini azaltması prosesi davam edəcək”.

O əlavə edib ki, ya Avropa İrandan neft almalı və ya İranın neft gəlirləri ilə təmin olunan kredit xəttinə bərabər və əslində bir növ öncədən neft satışı mənası daşıyan İrana kredit xətti ayırmalıdır.

Diplomat eyni zamanda əlavə edib ki, İranla nüvə sazişi üzrə tərəfdaşları arasında gələcək istənilən gələcək danışıqların gündəliyi ilə bağlı hələ də ciddi fikir ayrılıqları var.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button