Dünyaİqtisadiyyat

ABŞ Hindistanla ticarət müqaviləsi imzalaya bilər

ABŞ bu ay Hindistanla ticarət müqaviləsi imzalaya bilər.

Bu haqda ABŞ Prezidenti Donald Tramp məlumat verib. Bildirilir ki, ABŞ Prezidenti 24-25 fevral tarixlərində Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək üçün Yeni Dehli və Əhmədabada səfər edəcək.

“Bir şey edə bilərik. Əgər düzgün razılaşma əldə edə bilsək, bunu edəcəyik”, – deyə Tramp çərşənbə axşamı Oval ofisində jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, bundan öncə Ağ Ev Tramp və Modi arasında həftə sonu telefon danışığı baş tutduğunu açıqlamış, Trampın bu ölkəyə ilk səfərinin Birləşmiş Ştatlar və Hindistan arasındakı strateji tərəfdaşlığı daha da artıracağı vurğulanmışdı. ABŞ və Hindistanın 140 milyard dollardan çox ikitərəfli ticarət əlaqələri var.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close