DünyaİranSiyasət

ABŞ “Hizbullah”ın qanunsuz fəaliyyətinə qarşı mübarizə planını həyata keçirir

Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu yaxınlarda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iclasları çərçivəsində “Hizbullahla Mübarizə üçün Beynəlxalq Əməkdaşlıq” adlı bir qrup formalaşdırıb. Sözügedən qrup ilk iclasını bu həftə ABŞ Maliyyə Nazirliyində keçirib.

ABŞ Maliyyə Nazirliyinin oktyabrın 18-də verdiyi açıqlamaya görə, qrupa Yaxın Şərqdən, Qərbi Yarımkürədən, Avropa, Asiya və Afrikadan olan 30-dan çox ölkə daxildir onların hamısı bu iclasa qatılıb.

ABŞ Maliyyə Nazirliyinin Terrorçuluq və Maliyyə Məlumatları İdarəsinin rəisi Siqal Mendelker verdiyi açıqlamada bildirib: “Hizbullah zorakılıq proqramını maliyyələşdirmək üçün himayədarları və sponsorları şəbəkəsindən istifadə edir”.

Mendelker əlavə edib: “Hizbullahla Mübarizə üzrə Beynəlxalq İşçi Qrup”, Beynəlxalq Birliyi Hizbullahın sui-istifadəsinə qarşı maliyyə şəbəkələrini daha yaxşı qorumaq üçün sərt bir kampaniya ətrafında ciddi bir plan çərçivəsində birləşdirir”.

ABŞ Maliyyə nazirinin Terrorçuluq və Maliyyə Məlumatları üzrə müavini deyib: “Hizbullahla Mübarizə üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu tərəfdaşlar arasında məlumat mübadiləsi və Hizbullaha qarşı bütün maliyyə imkanlarından səmərəli istifadə etmək bacarığını inkişaf etdirmək üçün vacib bir plandır”.

Qrupun ilk iclasında ABŞ Hizbullahın beynəlxalq maliyyə şəbəkəsindən sui-istifadə etməsini qınayaraq üzv ölkələrin bu sui-istifadə hallarının kökünü tapmaq üçün atdığı təsirli addımları açıqlayıb. Bunlara maliyyə məlumatları dairələri arasında məlumat mübadiləsi, terrorçuluğun maliyyələşdirilməsi riskini qiymətləndirmək üçün tədbirlərin görülməsi, hədəflənmiş sanksiya rejimlərinin hazırlanması və həyata keçirilməsi, terrorçuların və onların maliyyə yardımçılarının təqib olunması daxildir.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button