DünyaİranSiyasət

ABŞ-ın BMT-dəki nümayəndəsi: İslam Respublikasını cəzalandırmaq üçün dünyanın dəstəyini cəlb edəcəyik

Aznews.tv “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, ABŞ-ın BMT-nin Birinci Komitəsindəki nümayəndəsinin sözlərinə görə, o, sözügedən komitənin iclasında İslam Respublikasının hərəkətlərini əsas gətirərək İranı təcrid etmək üçün digər ölkələri əməkdaşlığa cəlb etməyə çalışacaq.

BMT Baş Assambleyasının birinci komitəsi təşkilat üzvləri arasında sülh və təhlükəsizlik məsələlərini müzakirə edir.

Komitənin 74-cü illik iclası Rusiyanın ölkəsinin nümayəndə heyətinin bəzi üzvlərinə viza verməkdən imtina etməsinə etirazla əlaqədar hələlik keçirilməyib, lakin ABŞ-ın Silahsızlaşdırma Konfransı və Birinci Komitədəki nümayəndəsi Robert Vud bu cür məsələlərin ev sahibliyi edən ölkələrlə Əlaqələr Komitəsində həll edilməli olduğunu bildirib.

O, Birinci Komitədə digər ölkələrin İranın raket və nüvə proqramı ilə mübarizədə əməkdaşlığa cəlb edilməsi barədə soruşan “Amerikanın Səsi”nin müxbirinə cavabında deyib ki, əməkdaşlığa cəlb etməyin yollarından biri İranın dünyadakı fəaliyyətini vurğulamaqdır.

O deyib: “Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum təkcə Səudiyyə Ərəbistanına deyil, beynəlxalq birliyə qarşı da böyük bir hücum idi. İran tərəfindən neft tankerlərinə həbs qoyulması da İslam Respublikasının hərəkətlərinə daha bir nümunədir”.

ABŞ-ın BMT-nin Birinci Komitəsindəki nümayəndəsi əlavə edib: “İran adından törədilən terror hadisələri, İran hökumətinin Yəməndəki husilərə, Livanın Hizbullah və Qəzzadakı Həmas qruplaşmasına verdiyi dəstək, bütün bunlar narahatlığa səbəb olur”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close