![](https://www.aznews.tv/wp-content/uploads/2020/11/karabakh-780x470.jpg)
zərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) şüarının yazıldığı lövhələr quraşdırılıb.
Bu barədə məlumatı Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova verib.
O bildirib ki, iki nəhəng lövhənin dizaynı ABŞ-da yaşayan həmyerlilərimiz Cəmilə Cavadova və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur. T.Eminova lövhələrin quraşdırıldığı yollarının ermənilərin sıx yaşadığı ərazilər olduğunu deyib: “Lövlələrdən biri gediş-gəliş yolu olmaqla “Fort Lauderdale” beynəlxalq hava limanının önündə, digər iki lövhə isə ABŞ-n bütün şəhər və ştatlarına gedən yolları birləşdirən mərkəzi yola qoyulub. Biz bu məkanları əbəs yerə seçməmişik. Çünki həmin yollar ermənilərin Floridada daha çox məskunlaşdığı ərazilərə – “Boco Raton” və “Palm Beach”ə çıxır”.
T. Eminova ABŞ-da yaşayan Azərbaycan icmasının ermənilərin ədalətsiz işğalçılıq siyasətinə qarşı birləşdiyini deyib: “Bu ənənəni davam etdirəcəyik. Hələ ABŞ-ın bir çox ştatlarında, böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!” bannerləri nümayiş etdiriləcək”.
![](https://static.report.az/photo/35b87153-f4a1-3c3c-8df2-7c47265fb80e_290.jpg)
![](https://static.report.az/photo/39c5cada-55ac-330a-b897-6f45b05dfe47_290.jpg)
![](https://static.report.az/photo/639d6a88-2fb4-3139-a6c6-a8fd7c6f2e6e_290.jpg)
![](https://static.report.az/photo/37ce1486-2841-39b8-bf95-ee40e8a7ebb4_290.jpg)
![](https://static.report.az/photo/a4ce41c9-eca8-319d-8592-8703ecaf84c2_290.jpg)
![](https://static.report.az/photo/27972508-81cc-3103-a572-a395f154bb9c_290.jpg)