BölgəDünya

“ABŞ-ın İraqdan çıxmasını tələb etmək vaxtı deyil”

Hələ ABŞ-ın İraqdan çıxmasını tələb etmək vaxtı deyil.

Bu sözləri ABŞ Xarici İşlər nazirinin Orta Şərq üzrə müavini Coy Hud  müsahibəsi zamanı deyib. O, ABŞ-ın strateji ortaqlıq əlaqələrinin gücləndirilməsi niyyətində olduğunu vurğulayıb. Hud ABŞ qüvvələrinin İraqdan çıxarılmasına dair hər hansı danışıqların olub icraya qoyulması informasiyasını rədd edib.

Orta Şərq üzrə müavin İraqdan təhlükəsizlik qüvvələrini nəzarətdə saxlaya biləcək, ölkənin rifahını təmin edib, hakimiyətin möhkəmləndirilməsi istiqaətində işlər görən, güclü Baş nazirin təyin edilməsinin sürətləndirilməsini istəyib.

“İndi diplomatik, maliyyə, iqtisadi və təhlükəsizlik səviyyəsində strateji ortaqlıq üzrə öhdəlik götürmək ABŞ və İraq üçün ən yaxşı fürsətdir. Hazırda ABŞ qüvvələrinin İraqdan çıxarılması barədə danışıqların getməsi zamanı deyil.Vaşinqton gözünü iki ölkə arasında ortaqlığa tikib”.

Qeyd edək ki, Hudun bu fikirləri ABŞ Dövlət katibi Mayk Pompeonun İraq məsullarının amerikalı hərbiçilərin ölkələrində qalmalarını dəstəklədiklərini bildirdiyi vaxta təsadf edir.

Xatırladaq ki, ABŞ hərbi dronları vasitəsi ilə Qüds Qüvvələrinin komandiri Qasım Süleymani və Həşd Əl Şəbinin rəhbərinin müavini Əbu Mehdi Əlmühəndisi öldürüldükdən sonra İraq Parlamenti əcnəbi qüvvələrin İraqdan çıxarılmasını bildirən qətnamə təsdiqləmişdi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close