BölgəİranSiyasət

ABŞ-ın rəhbərlik etdiyi Dəniz Təhlükəsizliyi Koalisiyası Körfəzdə öz işinə başladı

Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi hərbi dəniz koalisiyası və müttəfiqləri Hörmuz Boğazı və Körfəzdə gəmi təhlükəsizliyini təmin etmək məqsədilə fəaliyyətə başlayıb.

Koalisiya bölgədə İslam Respublikasının təhdidlərinin qarşısını almaq üçün formalaşdırılıb.

Körfəzdə ABŞ-ın rəhbərlik etdiyi Dəniz Təhlükəsizliyi Koalisiyası rəsmi olaraq noyabrın 7-də fəaliyyətə başladığını açıqlayıb. Koalisiyanın planı iyunda hazırlanıb.

ABŞ və müttəfiqləri Körfəzdə və Hörmüz boğazında təhlükəsizliyə görə İranın məsuliyyət daşıdığını bildirir.

Koalisiya İranın cənubundakı sularda dəniz təhlükəsizliyini və neft tankerlərinin hərəkətini təmin etmək məqsədi ilə yaradılıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close