
Aznews.tv İslam hökümətinin Ali Məhkəmə Orqanının sözcüsü bir nəfərin “ABŞ-ın CİA xüsusi xidmət orqanının xeyrinə casusluq” ittihamı ilə edam cəzasına məhkum edildiyini bildirib.
Qulamhüseyn İsmaili həmin şəxsin məhkəmə işinə Ali Məhkəmədə baxıldığını açıqlayıb.
O deyib: “Əli Nəfəriyə Qulamhüseyn oğlu “ABŞ-ın xüsusi xidmət orqanının xeyrinə casusluq” ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib və ABŞ-ın xüsusi xidmət orqanından aldığı 55 min ABŞ dollarını qaytarmaq cəzasına məhkum edilib”.
İsmailinin sözlərinə görə, Məhəmməd Əmirnəsəb Qulaməli oğlu Birləşmiş Krallıq üçün “casusluq” ittihamı ilə, Məhəmmədəli Babapur isə “ABŞ-n xeyrinə casusluq” ittihamı ilə hər biri 10 il həbs və “zəhmət haqqı kimi aldığı” 55 min ABŞ dollarını qaytarmaq cəzasına məhkum olunub.
Aznews.tv