Dünyaİqtisadiyyat

ABŞ iqtisadiyyatını qorumaq üçün 2 trilyon ayırır

ABŞ iqtisadiyyatının stimullaşdırılması paketi koronavirus fonunda 2 trilyon dollara qədər artırıla bilər.

Bunu “Foks” televiziyasına açıqlamasında ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.

“Nəzərdən keçirdiyimiz paket 1,4 trilyon dollardır. Biz burada müəyyən sektorlara köməyi artıra bilərik. Nəticədə 2 trilyon dollarlıq paket əldə edəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, bu paket qəbul ediləcəyi halda rekord yardım olacaq. 2008-ci il böhranı zamanı ABŞ cəmi 700 milyard dollar yardım ayırmışdı ki, bunun da 450 milyard dolları iqtisadiyyata yatırılmışdı.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close