
Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, ABŞ, Britaniyanın Şimal dənizində İranın da 50 faiz paya sahib olduğu “Rhum” yatağı layihəsinə sanksiya güzəştlərini 2021-ci ilin fevral ayının sonuna qədər uzadıb.
ABŞ ötən ilin oktyabr ayının 9-da bir illik lisenziya verməklə, Şimali dənizdəki İran-Britaniya birgə qaz layihəsini sanksiyalardan azad edilmişdi, bir şərtlə ki, İrana aid bütün gəlirlər, sanksiyaların mövcud olduğu müddətdə ayrıca bank hesabına köçürülür və ABŞ-ın növbəti qərarına qədər bloklanır.
Eyni zamanda, britaniyalı mənbə “Radio Farda”ya açıqlamasında, İranın sözügedən yataqdan əldə etdiyi gəlirin Londonda bir bank hesabına köçürüləcəyiniı və bloklanacağını bildirib.
Yataq ildə 1,4 milyard kubmetr qaz istehsal edir.
Ötən ilin noyabr ayının sonlarında BP şirkəti öz 50 faizlik payını başqa bir Britaniya şirkəti olan Serika Enerji-yə satıb.
İranın Milli Neft Şirkətinin törəmə şirkəti olan “İran Oil Company UK Ltd” də “Rhum” yatağında 50 faiz paya sahibdir.
Aznews.tv