
Aznews.tv “Euronews”a istinadən xəbər verir ki, ABŞ İran hökuməti və İslam İnqilabının Keşikçiləri Korpusu ilə əlaqəli olduğunu iddia etdiyi iki şəbəkəni boykot edib.
ABŞ Maliyyə Nazirliyi, avqustun 28-də bu barədə bəyanat yayaraq iki şəbəkədən birinin, Hong Kongda qeydiyyatdan keçmiş Hamed Dehqan adlı şəxsin direktoru olduğu formal bir şirkətin adına İrana qarşı sanksiyaları pozaraq, ABŞ texnologiyaları və elektron komponentlərinin təchizatını İran hökuməti və İnqilab Keşikçiləri ilə əlaqəli şəxslər üçün asanlaşdırırdı. ABŞ hökumətinin bəyanatındakı məlumata görə, sözügedən şirkət nüvə silahını inkişaf etdirmək üçün on milyonlarla dollar vəsaiti köçürməklə məşğul olub.
Bəyanata əsasən, sanksiyaya məruz qalmış Seyid Hüseyn Şəriət adlı şəxsin direktoru olduğu daha bir şəbəkə İran Müdafiə Nazirliyinin nəzarəti və ya mülkiyyətində olan şirkətlər üçün “Atom Təchizatçıları Qrupu”nun nəzarəti altında alüminium ərintili məhsullar satın alırmış.
Nüvə Təchizatçıları Qrupu, nüvə texnologiyası ilə əlaqəli məhsulların dünyaya ixracına nəzarət edən çoxmillətli bir qurumdur və bu ölkələrin həmin məhsulların və xidmətlərin ixracı üçün ortaq siyasətini müəyyəşnləşdirir.
Bəyanatda, ABŞ Maliyyə Nazirliyi həmçinin ABŞ-ın sanksiyasına məruz qalan yuxarıda qeyd edilən şəbəkələrlə əlaqəli daha bir neçə şəxsin və şirkətlərin adlarını da açıqlayıb.
Aznews.tv