Dünyaİran

ABŞ: İran rejimi son etirazlarda mindən çox etirazçını öldürüb

İranda benzinin qiymətlərinin artmasına etiraz olaraq keçirilən etirazlarda təhlükəsizlik qüvvələrinin mindən çox etirazçını öldürdüyü barədə məlumatlara sahibdir.

Bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk ABŞ Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında deyib.

“Biz düşünürük ki, İran rejimi son etirazlarda mindən çox insanı öldürüb, təqribən 7 min adamı həbsxanalara atıb. Eyni zamanda çoxsaylı insan yaralanıb. İran xalqı öz rejiminə qarşı aksiya həyata keçirib və rejimin firqəçilik macəralarına son qoymasını istəyib. Rejim hərəkətlərinə görə İran camiəsinin müxtəlif təbəqələri, o cümlədən, tələbələr, işçilər və ruhanilər arasında öz etibarını itirib” – o qeyd edib.

Huk vurğulayıb ki, rejim təkcə təhlükəsizlik gücü sayəsində hakimiyyəti qoruyub saxlayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close