Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

ABŞ İran və husilərə görə yeni sanksiyalar tətbiq etdi

ABŞ İranın husilərə yardımını asanlaşdırdığı və SEPAH-nin Yəmən üsyançılarına silah və başqa yardım yüklərini daşıdığına görə Honq-Konq və Marşal adalarında yerləşən iki şirkət və onlara məxsus iki gəmiyə sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

“İranda yerləşən və Səid əl-Camalın rəhbərlik etdiyi husilərə məxsus şəbəkə bu gəmilərdən İran mallarının daşınması üçün istifadə edib. Səid əl-Camalın fəaliyyətindən əldə edilən gəlir husi silahlılarının Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq dəniz ticarətinə qarşı hücumların davam etdirilməsinə kömək edir”.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Səid əl-Camal İranda yaşayan Husi sərmayəçisidir və 2011-ci ildən ABŞ sanksiyaları altındadır. O, İranın pulunu Yəmən husilərinə verməkdə ittiham olunur.

#İran #sanksiya

Related Articles

Bir cavab yazın

Back to top button