Site icon Aznews TV

ABŞ İrana görə 21 şirkət və 17 fiziki şəxsə sanksiya tətbiq etdi

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qurumun saytındakı məlumata görə, məhdudiyyətlər İran, Çin, Honq Konq, Almaniya, Türkiyə, Portuqaliya və Uruqvayda ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi aviasiya üçün texnologiya və avadanlıq tədarük edən təşkilatlara, o cümlədən vasitəçilərə təsir edib.

Qeyd edilib ki, bu şəbəkələr İrana hərbi imkanlarını gücləndirməyə kömək edir, eyni zamanda ABŞ hərbçiləri, gəmiləri və vətəndaşları üçün təhlükə yaradır. Sanksiyalara məruz qalan şirkətlərin və şəxslərin ABŞ-dəkı bütün aktivləri bloklanıb və onlarla əməliyyatlar qadağan olunub.

Exit mobile version