Dünyaİran

ABŞ İranda İslam İnqilabının zəfərinin il dönümünə fikir bildirdi

İslami İnqilab İran xalqına 41 il zülm edib.

Bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyi Tvitter hesabında İranda İslam İnqilabının zəfər çalmasının il dönümünə münasibət bildirərkən yazıb. Qeyd olunub ki, bu xalq şövkətli gələcəyə layiqdir.

“Amerika daha yaxşı gələcək üçün mübarizə edən İran xalqını dəstəkləyir. Tehran 41 il il ərzində ancaq terror, pozuntu, insanların girov götürülməsi, nüvə silahı xəyalları, raketlə atəş açmaq, vətəndaşlarına və qonşularına zülm etmək üçün çalışıb. Xalq isə əzəmətli keçmişlərinə layiq olan şanlı gələcəyə layiqdir”.

Tvitter hesabında yazılan başqa bir mesajda isə vurğulanıb ki, İran xalqı İslam Respublikasının 41 il hakimiyyəti altında uğursuzluqlardan əziyyət çəkir:

“Onlar, 1 il belə həmin uğursuzluğa və cəfaya məruz qalmamalıdır. Biz daha parlaq gələcək üçün İran xalqı ilə çiyin-çiyinəyik”.

Qeyd edək ki, ABŞ-ın Xarici İşlər Nazirliyi rəsmi Tehranın noyabr etirazlarını qəddarlıqla yatırmasına görə də kəskin qınamışdı.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close