Site icon Aznews TV

ABŞ İranın İraqda proksi qüvvələrini vurdu

Həmlə onların ABŞ hava qüvvələrinin İraqda yerləşdiyi Eyn Əl-Əsəd bazasına hücumlarına cavab olaraq edilib.

SentKom-un bəyanatında Tehranın himayəsində olan Hizbullah Kətaibi və sair yarımhərb proksi qüvvələrinin istifadə etdikləri 3 təsisat vurulduğu bildirilib.

Həmlələr zamanı Hizbulla Kətaibinə məxsus raket və PUA həmlələri üçün potensial gücə malik anbarlar və məkanlar məhv edilib.

Xatırladaq ki, Amerika ötən bir neçə həftə ərzində İraq və Suriyada Tehrann proksi qüvvələrinin həmlələrinə cavab olaraq onların mövqelərini vurub.

Bölgədə hərbi qarşıdurmanın geniş miqyas almaması məqsədi ilə ABŞ və rəhbəriliyində olan Koalisiya qüvvələri gözləmə mövqeyi tutaraq məhdud surətdə həmin qüvvələri vurmağı kafi hesab edir.

Lakin Amerikanın BMT-də keçmiş elçisi Con Bolton yanvarın 23-ü problemin birdəfəlik həlli üçün İranın proksi qüvvələrinin vurulmasının Tehrana kar etməyəcəyini və birbaşa İranın özünü vurmağı təklif edib.

Exit mobile version