DünyaİranSiyasət

ABŞ İranın nüvə öhdəliklərinin azaldılmasında dördüncü addımına reaksiya verdi: Yanlış yolda böyük addım

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Tehranın nüvə sazişi çərçivəsində öhdəliklərinin azaldılması üzrə yeni mərhələyə qədəm qoymasının ardından, ABŞ bunu yanlış yolda böyük addım adlandırarıb və üç respublikaçı senator qeyri-hərbi nüvə əməkdaşlığı üzrə güzəştlərinin dayandırılmasına və beynəlxalq sanksiyaların bərpasına çağırıb.

Noyabrın 5-də İran prezidenti Həsən Ruhani nüvə öhdəliklərinin azaldılması prosesində dördüncü addımın başlandığını rəsmi olaraq elan edib: “Fordo nüvə obyektində sentrifuqalara qaz vurulması başlayıb”. Bu, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra İranın öz öhdəliklərini azaltmaq istiqamətində ən son addımıdır.

Barak Obama hökümətinin İranla imzaladığı nüvə sazişini “səmərəsiz” adlandıran Donald Tramp yeni danışıqların aparılmasını və əhatəli sazişin əldə olunmasını tələb edir. Tehran bu günə qədər nəinki hərtərəfli sazişlərlə razılaşmayıb, həm də mümkün danışıqları sanksiyaların qaldırılması ilə şərtləndirib.

ABŞ Dövlət Departamenti nümayəndəsinin verdiyi açıqlamada İranın yeni addımı “səhv istiqamətdə böyük addım” olaraq xarakterizə edilib.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close