BölgəDünyaİran

ABŞ İranın super tankerinə və kapitanına sanksiya tətbiq etdi

ABŞ hökuməti bir müddət əvvəl Cəbəllütariq boğazında saxlanılmış, daha sonra isə buraxılmış İranın “Adrian Dərya-1” tankerini də sanksiya siyahısına daxil edib.

Aznews.tv “Radiofarda”ya istinadən xəbər verir ki, bu barədə  ölkənin Maliyyə Nazirliyinin bəyanatında deyilir.

ABŞ bir neçə vaxt bundan əvvəl həmin gəminin heyəti barədə sanksiya tətbiq etdiyi barədə vəd etdiyi sanksiyaların tətbiq etməsinə başlayıb. ABŞ dövlət katibi rəsmi Tvitter səhifəsində yazaraq, ABŞ-ın həmin gəminin kapitanı Kumar Ahileşə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Gəminin kapitanına SEPAH-ın xarici qolu olan “SEPAH Qüds”ə kömək göstərdiyi üçün sanksiya tətbiq olunub. Sanksiyaya əsasən, o, ABŞ-a daxil ola bilməz. Eləcə də ABŞ-da olan əmlakları müsadirə ediləcək. “Adrian Darya-1” gəmisi həbs qoyulmuş əmlak hesab olunur və ona kömək edən şəxslərə qarşı sanksiya tətbiq olunacaq.

“Bu gün ABŞ Maliyyə Nazirliyi “Adrian Darya 1” və onun kapitanına qarşı qərar qəbul edib. Bu qərar qeyri-qanuni olaraq İrandan Suriyaya neftin satmasında SEPAH-a kömək etdiyinə görə qəbul olunub. ABŞ Əsəd rejiminin İran neftindən istifadə edib, öz millətinə qarşı terror fəaliyyətlərinə davam etməsinə biganə qala bilməz”, – Pompeo bildirib.

Tankerin 2,1 milyard barel neft daşıdığı və bundan SEPAH-ın xüsusi təyinatı üzrə istifadə olunduğu bildirilir.

Qeyd edək ki, “Adrian Dərya-1” gəmisi iyulun 4-ü keçmiş “Greys-1” adı və Panama hökuməti bayrağı altında Cəbəllüttariq boğazından keçərkən İngiltərə dəniz qüvvələrinin köməyi ilə saxlanılıb. İran isə bundan qısa müddət sonra İngiltərənin neft tankerini Hörmüz boğazında beynəlxalq sularda saxlayıb. 6 həftədən çox saxlanılan İran super tankeri sonda ABŞ-ın tələbinə rəğmən sərbəst buraxılıb. Gəmi saxlandığı müddətdə həm adını, həm bayrağını dəyişib. İndi İran bayrağı altında “Adrian Dərya-1” adı ilə beynəlxalq sularda hərəkətdədir. Vaxtaşırı olaraq öz məqsədini müxtəlif yerlərdə (Yunanıstan, Türkiyə, Livan) bildirsə də, son məqsədi kimsəyə bəlli deyil.

Related Articles

Bir cavab yazın

Back to top button