Azərbaycanİran

Təbriz Saat Qülləsi

Təbriz Bələdiyyəsinin binası kimi də tanınan Saat Qülləsi Təbriz şəhər bələdiyyəsinin əsas mərkəzi binasıdır.

Saat Qülləsi və ya sadəcə, Saat böyük zalı olan binadan, saatı olan qüllədən və cənub-qərb tərəfində yerləşən kiçik bağdan ibarətdir. Bağın ortasında fəvvarəsi olan dairəvi hovuz yerləşir.

Təbriz bələdiyyəsinin saat qülləsi 1934-cü ildə alman mühəndislərinin nəzarəti altında alman binaları üslubunda tikilib.

Tikildiyi dövrdən şəhər bələdiyyəsinin mərkəzi kimi fəaliyyət göstərən bina II Dünya müharibəsindən sonra Azərbaycan Milli Hökumətinin mərkəzi binasına çevrilmişdi.
Azərbaycan Milli Hökuməti İran qoşunları tərəfindən devrildikdən sonra bina yenidən şəhər bələdiyyəsinin mərkəzi ofisi kimi fəaliyyət göstərməyə başladı. Hal-hazırda da bina bələdiyyənin mərkəzi binasıdır.
Cəfər Pişəvəri dövründə binanın qarşısında Bağır Xanın heykəli qoyulmuşdur. Pişəvəri süqut etdikdən sonra orada Məhəmməd Rza şahın heykəli qoyulmuşdur.

#GuneyAzerbaycan

Related Articles

Bir cavab yazın

Back to top button