Site icon Aznews TV

ABŞ İranla əlaqəli 3 şəxs və 4 quruma sanksiya qoyub

Nazirlik fevralın 14-də yaydığı bəyanatda deyib: “Bu sanksiyalar Amerikanın mürəkkəb texnologiyasını İran Mərkəzi Bankı tərəfindən istifadə olunması məqsədilə Tehrana ötürdüklərinə görə 3 şəxs və 4 cəmiyyətə tətbiq olunub.

İranda yerləşən və bu ölkənin Mərkəzi Bankına bağlı İnformatika Xidmətləri Cəmiyyəti (ISC), BƏƏ-də ABS və L.L.C cəmiyyətləri, Türkiyədə isə Ted Cəmiyyəti sanksiya qoyulmuş qurumlardır”.

Nazirlik, həmçinin bildirib ki, İnformatika Cəmiyyətinin icraçı direktoru Seyid Əbutalıb Nəcəfi, cəmiyyətin ştat işçisi Purya Mirdamadi və L.L.C Cəmiyyətinin prezidenti Məhəmmədrza Xadimi sanksiya siyahısına daxil edilən şəxslərdir.

Exit mobile version