Site icon Aznews TV

ABŞ İranla bağlı faktaraşdırıcı komitənin missiyasının uzadılmasını alqışlayıb

Bu sözləri ABŞ Dövlət Departamentinin Sözçüsü Metyu Miller deyib.

BMT-nin müstəqil faktaraşdırıcı komitəsi İranda 2022-ci ilin sentyabr ayından başlayan etirazlara dair ilk hesabatında bu aksiyaların zorakılıqla yatırıldığını bildirib.

Bu komitə insan haqları təşkilatlarının İran hökumətinin etirazçıları güllələməsi barədə  statistikasını təsdiqləyib.

Faktaraşdırıcı komitə qeyd edib ki, təhlükəsizlik qüvvələri tərəfindən 551 etirazçı öldürülüb, onlardan ən azı 49-u qadın, 68-i uşaqdır.

BMT-nin faktaraşdırıcı komitəsinin hesabatı İran tərəfinin sərt reaksiyasna səbəb olub.

Exit mobile version