Site icon Aznews TV

ABŞ kəşfiyyat təyyarəsinin İran hava məkanına girişinin qarşısı alınıb

Bu barədə ISNA İran Ordu Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələrinə istinadən məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EP-3E kəşfiyyat təyyarəsi Oman dənizindən İranın su sərhədinə daxil olub. Ordu Hərbi Dəniz Qüvvələri təyyarənin icazəsiz ölkə səmasına daxil olmasının qarşısını almaq üçün xəbərdarlıq göndərib”, – deyə məlumatda bildirilib.

Xəbərdarlıq mesajını aldıqdan sonra təyyarənin İran hava sərhədini tərk edərək beynəlxalq hava marşrutlarına qayıtdığı qeyd olunur.

Exit mobile version