
Aznews.tv “İranintl” saytına istinadən xəbər verir ki, ABŞ-ın Maliyyə nazirinin Maliyyə Məlumatları və Terrorizm üzrə müşaviri Siqal Mandelker İranın bölgədəki təsirinə qarşı mübarizə yollarını BƏƏ rəsmiləri ilə müzakirə etmək üçün bu ölkəyə səfər edib.
Bloomberg News xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində olduğu müddətdə Mendelker-in ölkənin yeddi bankının direktorları və gəmiçilik rəsmiləri ilə görüşləri planlaşdırılır.
“Biz terrorizmə qarşı mübarizə və İranın bölgədə və dünyada sabitliyi pozan təsirinə qarşı birlikdə işləmək yollarını araşdırırıq”.
Bloomberg-in məlumatına görə, Sigal Mandelkerin BƏƏ-yə səfəri ABŞ-ın İslam Respublikasına daha çox təzyiq göstərməyə son cəhdidir.
Qeyd edək ki, ABŞ hökuməti, keçən il nüvə sazişindən çıxdıqdan bəri ləğv edilən neft və bank sanksiyalarını bərpa edib və daha sonra İrana qarşı daha geniş sanksiyalar tətbiq edib.
Aznews.tv