
Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, İran tərəfindən “üçüncü addım”ın detallarının, o cümlədən yeni nəsil sentrifuqalara qaz vurulmasına ilk reaksiyasında, ABŞ müdafiə naziri bu addımı “Nüvə sazişini tapdalamaq” adlandırıb və onun fransalı həmkarı isə ölkəsinin İran tərəfindən “nüvə sazilşinə əməl etməsi” üçün səylərini davam etdirəcəyini bildirib.
ABŞ Müdafiə naziri Mark Sper, 7 sentyabr Parisdə fransalı həmkarı ilə keçirdiyi mətbuat konfransında, İranın “Nüvə sazişini pozmasını elan etməsindən” təəccüblənmədiyini bildirib.
“İran əvvəllər də Hərtərəfli Birgə Fəaliyyət Planını pozmuşdu. Onlar illərdir nüvə silahlarının yayılmaması müqaviləsini də pozublar, buna görə, indi elan etdikləri hərəkət təəccübləndirici deyil”,- deyə o əlavə edib.
Fransa Müdafiə naziri Florens Parley də mətbuat konfransında ölkəsinin İran tərəfindən “nüvə sazilşinə əməl etməsi” istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
O qeyd edib: “Biz İranla gərginliyi aradan qaldırmaq üçün əlimizdən gələni etməliyik”.
İranın Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kamalvəndi şənbə günü İran İslam Respublikasının Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində “öhdəliklərini azaltmaq istiqamətində üçüncü addım”ın atılması üçün yeni nəsil sentrifuqalara qaz vurmağa başladığını bildirib.
Aznews.tv