Site icon Aznews TV

ABŞ-nin Qırmızı dənizdə təşkil etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub

Aznewstv “voanews”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Pat Rayder bildirib.

Onun sözlərinə görə, ABŞ-nin rəhbərlik etdiyi bu koalisiya Qırmızı dənizdə naviqasiya azadlığını və təhlükəsizliyi qorumağa sadiq olan dünyanın müxtəlif ölkələrindən ibarətdir.

Məlumata görə, husilərin ticarət gəmilərinə hücumları Qırmızı dənizdən neft tankerlərinin keçidini 40 faiz azaldıb. Bildirilib ki, bu həftə Bab əl-Məndəb boğazından cəmi 30 neft tankeri keçib. Bu isə əvvəlki üç həftə ərzində oradan keçən gəmilərin sayının 40 faiz azalması deməkdir.

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə bildirib ki, əvvəllər Qırmızı dənizdə gəmilərə hücumlara İran icazə verib.

Exit mobile version