Site icon Aznews TV

ABŞ nümayəndə heyəti gizlicə İrana uçaraq muzakirələr aparıb

İranın Ali Milli Təhlükəsizlik Şurasındakı yüksək vəzifəli mənbə “Əl-Cəridə” qəzetinə bildirib ki, ABŞ-nin təhlükəsizlik üzrə nümayəndə heyəti Omanın vasitəçiliyi ilə İrana səfər edib və İsrail baş nazirinin Benyamin Netanyahu planlaşdırdığı böyük müharibədən qaçmaq üçün Tehrana sakit və xəbərdarlıq mesajı çatdırıb.

Görüşdə ABŞ-da Haniyənin öldürülməsindən xəbərsiz olduqları, Netanyahunun nəzarətdən çıxdığını və regional müharibə istədiyi bildirib.

Eyni zamanda, Baydenin İranla döyüşmək istəmədiyi, lakin İranın hücumundan sonra İsraili müdafiə edəcəyi diqqətə çatdırılıb.

Qəzet ABŞ-ın İrana sui-qəsddə əli ola biləcək və İrana sızmış 10 MOSSAD agentinin siyahısını verməsi ilə bağlı iddialara da yer verib.

“Əgər biz dərhal nüvə sazişi bağlasaq, Netanyahuya ən böyük zərbəni siz vuracaqsınız” – deyə görüşdə bildirilib.

Exit mobile version