DünyaİranSiyasət

ABŞ rəsmiləri: Ərəbistana hücumların dəqiq yeri İranda müəyyən edilib

Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, KİV-i ABŞ rəsmilərinə istinadən məlumat verib ki, bu ölkə hücumların mənbəyini müəyyənləşdirib, İran ərazisindən və bu ölkənin cənubundan Səudiyyə Ərəbistanının neft obyektlərini bir neçə raket və pilotsuz uçuş aparatı ilə hədəfə alıb.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp son açıqlamasında iranlı həmkarı Həsən Ruhani ilə görüşməməyə “üstünlük verdiyini” bildirib.

ABŞ rəsmiləri çərşənbə axşamı CBS News-a açıqlamasında son hücumların Körfəzin şimal hissəsində bir neçə nöqtədən baş verdiyini bildiriblər. Məlumata görə, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin hamısı cənuba və Yəmənə yönəlib və şimaldan gələn raketlərə qarşı təsirsizdir.

Əməliyyatda 20-dən çox raket və dronun istifadə edildiyi; daha bir raketin isə Küveyt səmasından keçdiyi bildirilib.

NBC News ABŞ rəsmilərinə istinadən Tramp administrasiyasının İrana qarşı cavab tədbiri üçün bir sıra variantları, o cümlədən bu ölkənin neft obyektlərinə yaxud İslam İnqilabının Keşikçiləri Korpusunun aktivlərinə kiber və ya fiziki hücumu nəzərdən keçirdiyini qeyd edib.

Məlumata görə, bu variantlar çərşənbə axşamı günü milli təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclasda hərbi rəhbərlik tərəfindən Trampa təqdim edilib. Amma iclasda iştirak edənlər NBC-yə bildirdilər ki, Tramp məhdud miqyaslı reaksiyanın verilməsini istəyir, belə ki, ABŞ-ı İranla daha geniş münaqişəyə cəlb etməmək üçün daha çox variantların masa üzərinə qoyulmasını tələb edib.

Məlumata görə, ABŞ-ın hərbi addım atmaq ərəfəsində olduğuna dair heç bir əlamət yoxdur və rəsmilər bununla bağlı heç bir qərar qəbul edilmədiyini bildirib, lakin ABŞ Müdafiə Nazirliyi bölgədəki hərbi iştirakını gücləndirmək üçün bir sıra variantları nəzərdən keçirir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button