DünyaİranSiyasət

ABŞ, Hizbullahın Amerika qüvvələrinin qərargahına hücumunun ildönümünü ilə bağlı müraciət yayıb

Aznews.tv “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo, Beyrutdakı ABŞ dəniz piyadalarının qərargahına edilən hücumun 36-cı ildönümü ilə əlaqədar yaydığı müraciətdə, dünyanın bu bölgəsinin təhlükəsizliyinə və çiçəklənməsinə təhdidlərə qarşı qəti olduqlarını bildirib.

ABŞ Dövlət Katibi oktyabrın 23-də yaydığı açıqlamada bildirib: “36 il bundan əvvəl İranın dəstəklədiyi Hizbullah qüvvələri Amerika və Fransa Beynəlxalq Sülhməramlı Qüvvələrinin qaldığı yerə hücum edərək partlayıcı ilə dolu yük maşınlarını həmin bazaya çırpıb. Hücumda ABŞ-ın 220 dəniz piyadası, 18 dənizçi və üç əsgər həlak olub”.

Pompeo əlavə edib: “1983-cü ildə Prezident Reyqanın Ağ Evə dediyi kimi, bu cür hərəkətlər, bölgədən bizi çıxardıqda, hakimiyyəti ələ keçirərək öz metodlarını tətbiq edənlərin qəddar mahiyyətinə bir sübutdur”.

ABŞ vitse-prezidenti Mayk Pens isə öz müraciətində deyib: “Biz qətlə yetirilmiş 241 amerikalının xatirəsini heç vaxt unutmuruq və onların xatirəsini daim əziz tuturuq”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button