DünyaİranSiyasət

ABŞ rəsmisi: Gələn ilin xarici yardım büdcəsinin bir hissəsi İranla mübarizəyə xərclənəcək

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi oktyabrın 30-da ABŞ-ın gələn il üçün xarici yardım büdcəsinin bir hissəsinin “İranın Yaxın Şərq bölgəsindəki təsirinin genişlənməsinə qarşı çıxmaq və Vaşinqtonun müttəfiqlərinə bu təsirin Livan, İraq və Yəməndə neytrallaşdırmağa kömək etmək üçün” sərf olunacağını bildirib.

Bunu ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Devid Şanker 2020-ci maliyyə ilinin büdcəsində xarici yardlarımın təsdiqlənməsi ərəfəsində Konqres nümayəndələrinin suallarını cavablandırarkən deyib.

“CSPN” telekanalının məlumatına görə, Devid Şanker Nümayəndələr Palatasının Xarici Xarici İşlər Komissiyasının nəzdində Yaxın Şərq və Afrika üzrə Alt Komitəsinin iclasında növbəti il üçün ABŞ xarici yardımlarının necə ayrılacağı barədə ətraflı məlumat verib.

Şankerin sözlərinə görə, prezident Donald Trampın bölgə üçün 6.6 milyard dollarlıq büdcə tələbi İranın təsirinə qarşı mübarizədə, İŞİD-in məğlubiyyətini təmin etməkdə, həmçinin bölgədə təqib olunan etnik azlıqların müdafiəsi, vacib regional müttəfiqlərin qorunması və bütün bölgədə həssas əməkdaşlığın saxlanılması kimi prioritetlərin dəstəkləməsinə sərf olunacaq.

O əlavə edib: “İranla bağlı strategiya, İranın dağıdıcı fəaliyyətini dayandırmaqla xüsusən də terrorçuluğa və silahlı qruplaşmalara dəstəyin qarşısını almaqla, Tehranın sabitliyi pozan təsirinə qarşı yönəldiləcək”.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button