ABŞ Venesueladakı hakimiyyəti dəyişdirmək üçün beynəlxalq birliklə işləyir.
“RİA Novosti” xəbər verir ki, bu açıqlamanı ABŞ-ın dövlət katibi Mayk Pampeo verib.
Dövlət katibi hesab edir ki, ABŞ-ın Venesuela ilə bağlı apardığı strategiyanı təsirli sayır və bunun dəyişdirilməsinin lazım olmadığını düşünür.
Mayk Pompeo hələ də hakimiyyətə qalan Nikolas Maduronu dünya tarixində ən böyük humanitar böhrandan birini yaratmaqda günahlandırıb.