DünyaİranSiyasət

ABŞ Səudiyyə Ərəbistanına drondan müdafiə sistemi göndərir

Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanında yerləşdirməyi planlaşdırdığı yeni hava hücumundan müdafiə sistemlərinin detallarını açıqlayıb.

Səudiyyə Ərəbistanının neft obyektlərinə Qərbin İranla əlaqələndirdiyi son hücumlardan sonra Pentaqon, Səudiyyə Ərəbistanına daha çox silah və hərbi qüvvə göndərməyi planlaşdırdığını bildirib. ABŞ Müdafiə naziri Mark Speyr keçən cümə günü bu addımı “müdafiə xarakterli” adlandırıb.

Pentaqonun 26 sentyabrda yaydığı bəyanat əsasən, bir “Patriot” raketdən müdafiə sistemi və dörd Sentinel sistemi 200-dək hərbçi ilə birlikdə Səudiyyə Ərəbistanına yerləşdirilir.

Üçölçülü mobil müdafiə qurğusu olan Sentinel helikopterlər, kruiz raketləri və pilotsuz uçuş aparatrları kimi aşağı hündürlükdə uçan hədəflərə qarşı istifadə olunur. Patriot sistemi də taktiki ballistik raketlərə və kruiz raketlərinə qarşı çıxa bilir.

Rəsmi Ər-Riyad, bu ölkənin neft obyektlərinə edilən hücumun daha dəqiq həyata keçirilməsi üçün Qlobal Yerləşdirmə Sistemi (GPS) ilə təchiz edilmiş 18 ədəd dron və 7 ədəd kruiz raketindən istifadə edildiyi haqda məlumat yayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözcüsü raketlərin İnqilab Keşikçiləri Korpusunun istehsalı olduğunu və üzərində “Ya Əli” sözünün yazıldığını bildirib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button