
Aznews.tv “Reuters” agentliyinə istinadən xəbər verir ki, İrana məxsus iki yük gəmisi ABŞ sanksiyaları ilə əlaqədar həftələrdir ki, yanacaq doldura və İrana qayıda bilmir.
Agenliyin xəbərinə görə, Braziliyanın “Petrobras” dövlət neft şirkəti ABŞ sanksiyaları ucbatından bu iki İran yük gəmisinə yanacaq verməkdən imtina edib.
Məlumata görə, iki ay əvvəl “Bavənd” və “Terme” yük gəmiləri Braziliyaya kimyəvi gübrə yükü daşıyıb. Bu iki gəmi “Sepid” dövlət şirkətinə məxsusdur.
Braziliyanın liman İdarəsinin rəsmisi Reuters-ə bildirib ki, gəmilərin İrana qarğıdalı yükü ilə geri qayıtması planlaşdırılırdı, lakin İrana qayıtmaq üçün kifayət qədər yanacağı olmayıb.
ABŞ sanksiyaları ərzaq məhsullarına şamil edilmir və İran Braziliyanın ən böyük kənd təsərrüfatı məhsulları alıcılarından biridir ki, bu il Braziliyadan 2500 milyon tondan artıq qarğıdalı idxal edib.
Aznews.tv