DünyaİranSiyasət

Hollandiya qəzeti: Qətl hadisəsində təqsirləndirilən şəxsin İranda olduğu ehtimal edilir

Aznews.tv-nin Hollandiyanın “The Telegraph” qəzetinə istinadən məlumatına görə, Mərakeş və Hollandiya hökumətləri tərəfindən axtarışda olan məşhur hollandiyalı-mərakeşli cinayətkar Rezvan əl-Tağinin İranda olduğu ehtimal edilir.

Hollandiya sakini olan ən məşhur cinayətkarlardan biri Rizvan əl-Taği 2016-cı ildə Muhəmməd Rza Kulahinin öldürülməsi də daxil olmaqla on qətl hadisəsinin törədilməsində ittiham olunur.

İran rəsmilərinin sözlərinə görə, Muhəmmədrza Kolahi 28 iyun 1981-ci ildə İslam Respublikası Partiyasının binasının partladılmasına görə cavabdeh şəxs olub; bu partlayış İslam Respublikasının bir sıra yüksək vəzifəli şəxslərinin, o cümlədən Ali Məhkəmənin o vaxtkı sədri Məhəmməd Hüseyni Beheştinin həlak olmasına səbəb olub.

Hadisədən sonra o, Hollandiyaya gedərək bu ölkədə Əli Motəmed adı altında gizli yaşayıb.

Məhəmmədrza Kolahi 15 dekabr 2015-ci il tarixdə Hollandiyanın Almira şəhərində küçədə naməlum şəxs tərəfindən yaxın məsafədən açılan atəşlə qətlə yetirilib.

Terror aktından sonra aparılan  istintaq zamanı Hollandiya polisi üç nəfəri- Naufal F, Ənvər A.B və Moreau M. adlı şəxsləri həbs edib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button